Gənc həkimlərimiz bölgələrdə işləməyə getmir, getmək istəmir. Kənardan məsləhət və əmr vermək çox asandır. Ancaq öyrənmək lazımdır ki, hansı səbəbə görə bölgələrdə işləmək istəmirlər.
Tribunainfo.az yazır ki, bu barədə danışan həkim Vaqif Qarayev bildirib ki, çünki hamı kimi həkim də yaxşı maaş almaq istəyir və məhz elə bu səbəbdən Bakıda işləmək istəyir:
“Həmçini regionlardakı tibb müəssisələrinin madd-texniki bazası arzu olunan səviyyədə deyil.
Gənc həkim normal mənzil şəraiti istəyir, gənc həkim ailəsi övladı üçün normal bağça, məktəb istəyir, gənc həkim asudə vaxtlarını normal keçirmək istəyir. Bakıdan bölgələrə işləməyə göndərmək istədiyimiz gənc həkimlərin bu istəkləri yerinə yetilirmi?
Bunlar qəfil düzələn məsələlər deyil, tədricən etmək lazımdır. Bütün bu problemlər həll edilmədikcə də gənclər bölgələrdə işləməyə həvəsli olmayacaqlar”.