“GƏLİRİK, İRANA GƏLİRİK…” – İSRAİL EFİRİNDƏN ŞOK HƏDƏbackend

“GƏLİRİK, İRANA GƏLİRİK…” – İSRAİL EFİRİNDƏN ŞOK HƏDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzaya hücumlarını 46-cı gündür davam etdirən İsrail telekanalı “Kanal 14”-ün aparıcısı bütün dünya ölkələrini müharibə və soyqırımla hədələyib. Tribunainfo.az bildirir ki, aparıcı Şai Qolden “Bütün öldürülən israillilərin qisasını almaq üçün həyatınızda heç vaxt görmədiyiniz bir qırğın olacaq.
Tarixdə heç şahidi olmamısınız. Nə olacağını deyirəm, bilmədiyiniz halda buradan deyirəm. Təsəvvür edə bilməyəcəyiniz soyqırımlar yaşayacaqsınız” deyərək içindəki hissləri bütün dünyaya nümayiş etdirib.
O, Qəzza, Livan, İran və ABŞ-ı hədələyib. O, açıqlamasında “Gəlirik, Qəzzaya, Livana, İrana gəlirik. Hər yerə gələcəyik. Bütün dünya bizi boykot etsə belə, ABŞ da daxil olmaqla hamıya meydan oxuyacağıq. İstədiyimizi öldürəcəyik” deyib.