Gəlinlik sifariş etdi, şoka düşdübackend

Gəlinlik sifariş etdi, şoka düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəlin Aleksandriya Henderson gəlinlik paltarını sifarişlə tikdirmək qərarına gəlib və qladiator kostyumu alıb.

Milli.Az bildirir ki, müvafiq video onun TikTok səhifəsində yerləşdirilib.

“Missajhenderson” ləqəbli istifadəçi qeyd edib ki, o, bayramdan əvvəl kömək üçün peşəkar dərziyə müraciət edib. Henderson ona toyunda geyinməyi planlaşdırdığı paltarın fotosunu göstərib. Belə ki, şəkildə paltarın korseti bir çox strazlarla bəzədilib. Bundan sonra usta işə başlayıb.

Bir müddət sonra istifadəçi ustanın işinə baxmağa gəlib. Onun sözlərinə görə, paltar onun dərziyə göstərdiyi versiyaya heç də uyğun gəlməyib. Henderson qeyd edib ki, paltarın ətəyi və qolları həcmli çiçəklər formasında aplikasiyalarla bəzədilib, korset isə qladiatorun zəncirli zirehlərini xatırladıb. “Bağışlayın, nə?”, – o videonun altında yazıb.

İstifadəçilər paltarı qladiator zirehləri ilə müqayisə edərək gülüblər. “Evlənib Spartanı qorumağa gedəndə”, “O, qladiatorla evlənir. Bundan sonra onlar döyüşəcəklər?”, “Bu niyə məktəbdə dərsdə tikilmiş kostyuma bənzəyir?”, ” Toyunuzu ləğv edərdim”, – onlar yazıblar.