“Gəlin qabağıma çay qoymalıdır. Necə yəni? Mən 30 il oğul böyütmüşəm. Başa düşmədim, gəlinin mənim qabağıma bir stəkan çay qoymasına layiq deyiləm? Bu, mütləq olmalıdır. Əziyyət çəkib, o cür oğul böyütmüşəm”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “ATV”də yayımlanan “Rəngarəng” verilişində deyib.
“Hər dəfə gözləməyəcəyəm ki, gəlin çay qoysun, amma diqqət göstərməlidir də. Evdə öz işimi özüm görürəm. Gəlindən diqqət istəyərəm. Çay gətirməklə nə olur ki?”, – o bildirib.