“Gələn ilin oktyabrına qədər Cəbrayılda şəhər günü keçiriləcək”

“Gələn ilin oktyabrına qədər Cəbrayılda şəhər günü keçiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi bütün şəhərlərdə ya tikinti gedir, ya da tikintiyə hazırlıq gedir. Mən əminəm ki, gələn il Cəbrayılda şəhər günü qeyd ediləcək. Bu il qeyd edilmədi, çünki orada hələ ki, vətəndaşlar yerləşməyib. Amma gələn ilin oktyabr ayına qədər, – çünki birinci azad olunmuş şəhər Cəbrayıl olmuşdu, – oktyabrın 4-də orada da şəhər günü keçiriləcək, hər yerdə – Şuşada birinci yaşayış məhəlləsi yəqin ki, 5-6 aya hazır olacaq. Birinci qrup keçmiş köçkünlər qayıdacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Ağdam da böyük tikinti meydançasıdır. Bu yaxınlarda Zəngilanda olarkən orada da, Qubadlıda, Kəlbəcərdə gələn ilin sonuna qədər keçmiş köçkünlər artıq şəhərə yerləşəcəklər. Bizdə bütövlükdə 8 şəhər, 92 kənd və qəsəbə Birinci Qayıdış Planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni, üç ildən sonra azad edilmiş ərazilərdə minimum, – biz belə təxmin edirik, – 140 min insan yaşayacaq”, – Azərbaycan Prezidenti vurğulayıb.