Gələn il Marsa robot göndərmək istəyir

Gələn il Marsa robot göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti Marsa süni intellektlə təchiz edilmiş avtonom robotlarla kosmik gəmi göndərməyi planlaşdırır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı İlon Mask öz “X” hesabında paylaşıb.

O bildirib ki, sözügedən missiya 2026-cı ilin noyabrında baş tuta bilər.

Həmin robotlar isə İ.Maskın “xAI Grok-3” süni intellekti ilə təchiz ediləcəklər.

Xarici KİV-də yer alan məlumata görə, “xAI Grok-3” riyaziyyat və proqramlaşdırma sahələrində “GPT-4o”, “Claude 3.5 Sonnet”, “Gemini-2 Pro” və “DeepSeek-V3” süni intellektlərini üstələyir.