Azərbaycanda “Əmək pensiyaları haqqında” qaununa dəyişiklilər nəticəsində pensiyaların hesablanmasında yeni indeksasiya metodu tətbiq ediləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev yeni indeksasiya metodu ilə pensiyaların artım qaydalarını açıqlayıb.
M.Quliyev indeksasiya artımlarını əyani şəkildə 2 misal ilə izah edib.
Xüsusi şərtlərlə pensiyanın orta aylıq məbləği bu il üçün 726 manat təşkil eləmişdir. Gələn ilə pensiya hesablanması belə olacaqdır: 723 + 10%-lik aylıq əlavə * 15% = 918,4 manat. Deməli bu il xüsusi şərtlərlə 726 manat alan pensiyaçı bu indeksasiyalar tətbiq olunandan sonra gələn il 918,4 manat alacaqdır. Başqa sözlə onun pensiyası 192,4 manat artacaqdır”.