Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır.

TİA.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır.

Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır.