Gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsi nəzərdə tutulur.
Tribunainfo.az -ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.