YouTube-da yayımlanan maraqlı söhbət proqramı “Yaşama dair sınırsız söhbətlər” bu həftə tanınmış aktyor Zafer Ergini qonaq edib.
Tribunainfo.az xəbər verir ki, “Arka sokaklar” serialında Rıza Baba obrazı ilə tanınan məşhur aktyor, səmimi açıqlamaları və zarafatları ilə hər kəsi güldürüb.
Züleyha Ortak və Prof. Dr. Serdar Dağın suallarını cavablandıran Zafer Ergin, ona ünvanlanan “gənclik sirri” sualına verdiyi cavabla studiyadakıları güldürüb. Prof. Dr. Serdar Dağ aktyor haqqında “Zafer abi, qidalanmasına, idmanına diqqət edir və lazımi əlavələri qəbul edir. 30 yaşlarında olsa da, 20 yaşında kimi görünür”, sözlərini söylədikdə, Zafer Ergin gülərək “Gələn həftə sünnətim var” cavabını verib.
Zafer Ergin, formada və sağlam qalmağından danışdığı kimi, eyni zamanda bilinçsiz şəkildə etdiyi idmandan dolayı yaşadığı zədələnmə təcrübəsini də izləyicilərlə bölüşdü.
Zafer Ergin deyib: “Dinamik və diqqətli bir həyat tərzi keçirirəm. Vaxtilə çox ağır idmanlarla məşğul olmuşam. Halter, boks etdim, əsl idman həvəskarı idim. Ancaq bilinçsiz şəkildə edilən idmanın nə qədər zərərli olduğunu zamanla anladım. Sağ dizimdə bir zədə yarandı. Bu zədəni görməzlikdən gəlib müalicə, dərmanlar və ya masajlarla həll etməyə çalışdım, amma bir müddət sonra yenidən problem olaraq ortaya çıxdı”.