“Fab Boya və Kimya Sənayesi” MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Fab Boya” ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 10 dekabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Fab Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Əliyev, Baş direktoru Kənan Məhərrəmovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar