Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir – Emin Hüseynov

Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir – Emin Hüseynov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır.

“Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük sevinc xəbəridir,” – deyə Emin Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral yol (ümumilikdə 600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda üç kənddə artıq məskunlaşma başa çatıb, təxminən 4 min nəfər geri qayıdıb.

“Bu insanlar doğma torpaqlarına qayıdıblar, evləri və iş yerləri var. Ən vacibi isə həyat artıq bərpa olunur,” – deyə E. Hüseynov qeyd edib.

Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır.