Gələcəyi olmayan banklar – ADLARbackend

Gələcəyi olmayan banklar – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bankları arasında korporativ bankların bəziləri sıradan çıxıb və ya çox yaxında banklar sırasını tərk edəcək. Lisenziyasını itirməyə yaxın olan banklar isə indidən özünü bəlli etməyə başlayıb və bu da maliyyə sektorunda çox yaxından hiss edilir.

Pravda.az xəbər verir ki, “Bank BTB” kredit verilməsini də dayandırıb. Yəni bank artıq kredit vermək əvəzinə, verdiyi kreditləri toplamaqla məşğuldur.

Bundan başqa 2022-ci ilin son hesabatına görə, bankın lisenziyasını qanuni olaraq itirməsinə 3 milyon 772 min manat məbləğ qalıb. Çünki banklar haqqında qanuna görə bankın məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Bundan başqa bankın yığılmış zərəri də 4 milyon 429 min manat artaraq 19 milyon 402 min manata yüksəlib.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar Mehdiyeva (74.99 faiz səhmdar) prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu isə bankın siyasi motivdə lisenziyasını itirməsi deməkdir ki, bankın açıqladığı rəqəmlər də bunun çox da uzaq gələcəkdə olmadığından bəhs edir.

HƏR GÜN ZƏİFLƏYƏN TURANBANK

Banklar arasında ən çox maliyyə resursundan əziyyət çəkən banklardan biri də “Turan Bank”dır. Hətta bu banka dollar əmanəti yerləşdirən müştərilərin vəsaitləri dövlət tərəfindən sığortalanmır. Çünki bank maliyyə əziyyəti çəkdiyinə görə dollar əmanətlərinə yüksək faiz verir və buna görə də o əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən tətbiq olunan faizlərdən daha çox olduğu üçün sığortalanmır. Məsələn, bankın “Sirlər Xəzinəsi” adı altında 19-36 aylar aralığında topladığı əmanətlərə 3 faiz illik faiz ödəyir ki, bu da ADİF tərəfindən sığortalanmır. Çünki ADİF illik faizi 2.5 faizə qədər olan xarici valyutalara cavabdehlik daşıyır. Bankın maliyyə resursundan əziyyət çəkməsi onun gələcək fəaliyyətini risk altına atıb. Bundan xəbər tutan biznesmenlər isə 2022-ci ilin sonunda bankdakı vəsaitlərini geri çəkməyə başlayıblar. Bank 2022-ci ilin sonunda biznesmenlərdən topladığı vəsaitin 58 milyon 451 min manatını və ya 36.57 faiz əmanətlərini itirib. Bankın problemli kreditləri də az deyil. Maliyyə vəziyyəti pisləşən bank verdiyi biznes kreditlərinin 19 milyon 166 min manatını bir ildən çox zamandır ki ala bilmir. Bu rəqəm istehlak kreditləri üçün isə 15 milyon 645 min manat olub. “Turan Bank” daşınmaz əmlaka verdiyi kreditlərin 196 min manatını bir ildən çoxdur ala bilmir. Bankın likvidlik riskində də vəziyyət ürəkaçan deyil. Belə ki, bankın ani likvidlik qəpi mənfi 134 milyon 5 min manat olub. 10 göstərici üzrə livdilik riskinin 6-da bankın likvidlik qəpi mənfi göstərici ilə yekunlaşıb.