“GEDİB LAP MARSELDƏ YIĞINCAQ ETSİNLƏR…” – SEPARATÇI PARLAMENT İLK DƏFƏ VƏ NİYƏ GİZLİ TOPLAŞDI?

“GEDİB LAP MARSELDƏ YIĞINCAQ ETSİNLƏR…” – SEPARATÇI PARLAMENT İLK DƏFƏ VƏ NİYƏ GİZLİ TOPLAŞDI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünü buraxmış və çoxdan gorbagor olmuş oyuncaq rejimin təlxək parlamenti istəyir lap Marseldə toplaşsın, bunun heç bir əhəmiyyəti yoxdur”. Tribunainfo.az-a siyasi şərhçi Ramiyə Məmmədova İrəvanda separatçı parlamentin gizli toplaşması haqda yayılan xəbərlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bu qüvvələrin yığıncağı maliyyə dəstəyi almağa hesablanıb, özləri də dərk edirlər ki, nə Xankəndiyə qayıda bilərlər, nə yenidən “ikinci erməni dövləti” cəhdləri realdır.

Ekspert hesab edir ki, bu toplantı qondarma qurumun özünü realizə etmək səyləridir, lakin onların baş quldurları Bakıda həbsdədirlər: “Bundan sonra harada istəyirlər toplaşsınlar, bizə maraqlı deyil, əsas odur ki, bura gəlməyə can atmasınlar. Onu da etməzlər, əksəriyyəti həbs ediləcək. Amma ürəkbulandıran fakt odur ki, yenə də “artsax” deyərək gündəmdə qalmağa, beynəlxalq diqqəti cəlb etməyə çalışırlar, gələcəkdə nə vaxtsa yenidən şans yaranacağına ümid edirlər. O baxımdan siyasətimizi sona qədər düzgün qurmalıyıq. Eyni zamanda, Ermənistan hökuməti də onların fəaliyyətinə qarşıdır. Simonyan bunu açıq şəkildə bəyan edib və hətta dövlətə təhdid adlandırıb. Onların fəaliyyətinə qadağa qoyulması, qanunla cinayət məsuliyyəti yaratması haqda dəyişiklik edilməsi də mümkündür”.
Xatırladaq ki, Qarabağdan qaçmış separatçı tör-töküntünün qondarma “parlamenti” İrəvanda qapalı iclas keçirib. “Hraparak” saytı xəbər verir ki, bu, separatçıların təslim olmasından sonra keçirdikləri ilk iclas olub.
Qondarma “Artsaxın İrəvandakı nümayəndəliyi”ndə keçirlən iclasda Bakıda həbsdə olan Davit İşxanyandan başqa bütün “deputatlar” iştirak edib. Məlumata görə, separatçılar qondarma “Artsax məsələsi” üzrə “beynəlxalq komitə” yaradıblar. Qərara alınıb ki, “komitə” beynəlxalq platformalarda “Artsax məsələsi”ni qaldırsın və Qarabağa qayıdış məsələləri ilə məşğul olsun. Nəşr yazır ki, Qarabağ separatçılarının İrəvanda səssiz toplanması və bu barədə KİV-ə məlumat verilməməsi Ermənistan hakimiyyətini qıcıqlandırmamaq məqsədi daşıyır. Çünki Paşinyan hakimiyyəti qondarma “Artsax qurulmasına qarşıdır.