Gədəbəydə iki VAZ toqquşub, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Gədəbəydə iki VAZ toqquşub, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

 

APA-nın  verdiyi məlumata görə, rayonun Gərgər kəndində iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan sürücülər, 1973-cü il təvəllüdlü Nail Qarayev və 1974-cü il təvəllüdlü Aydın İsmayılov xəstəxanada ölüblər.

 

Xəsarət alanlar 1965-ci il təvəllüdlü İman Alsəfərov, 1982-ci il təvəllüdlü Mətanət Əsgərova, 1988-ci il təvəllüdlü Arzu Rüstəmova və 2003-cü il təvəllüdlü Emin Nağızadədir.

 Xəsarət alanlardan iki nəfər Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.