Gecə növbələri müasir dünyanın məcburi reallığına çevrilib. Lakin bu, işçilərin sağlamlığına mənfi təsir göstərir.
Gecə işləmək bədənə və zehnə necə zərər verir və bu təsirləri necə azalda bilərik?
Medicina.az bu suallara cavab tapmağa çalışıb:
– Gecə işləyənlərin ən böyük problemi bioloji saatları ilə uyğun olmayan yuxu rejimidir. Ona görə də əsasən yuxu pozğunluqları yaşayırlar. Bu, keyfiyyətli yuxu almağı çətinləşdirir.
– Gecə növbəsində işləyənlərin ürək xəstəliyi və hipertoniya riski artır. Keyfiyyətsiz yuxu və yemək vərdişləri bu riskləri artırır.
– Gecə işləmək mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Uyğun olmayan saatlarda yemək və qeyri-sağlam qidalanma vərdişləri həzm sisteminə mənfi təsir göstərir.
– Gecə işçiləri nizamsız həyat tərzi və qeyri-sağlam qidalanma vərdişləri səbəbindən piylənmə və diabet riski ilə üzləşirlər.
– Gecə işləmək sosial izolyasiyaya və emosional problemlərə səbəb ola bilər.
– Gecə işçiləri arasında depressiya və narahatlıq nisbətləri daha yüksəkdir.
– Daimi yorğunluq və enerji çatışmazlığı gecə işləyənlərin stress səviyyələrini artırır. Bu, iş performansına və həyat keyfiyyətinə mənfi təsir göstərir.
– Qeyri-kafi yuxu və daimi yorğunluq diqqət və konsentrasiya problemlərinə səbəb olur. Bu isə iş qəzalarının və səhvlərin artmasına səbəb ola bilər.
– Gecə işləmək ailə və sosial həyata mənfi təsir edir. Sosial tədbirlərdə iştirak etmək və ailə ilə vaxt keçirmək çətinləşir. Gecə işçiləri, insanların çoxunun yatdığı saatlarda işlədikləri üçün sosial çevrədən təcrid olunurlar.
Gecələr işləyənlər üçün məsləhətlər:
– Mümkün qədər müntəzəm yuxu cədvəli tərtib edin. Günün eyni saatlarında yatın və oyanın.
– Sağlam və balanslı qidalanmağa çalışın. Eyni saatlarda yeməyə diqqət etməlisiniz. Yüngül, eyni zamanda da qida dəyəri yüksək olan məhsulları seçin.
– İdman enerji səviyyənizi artırb stresin öhdəsindən gəlməyə kömək edə bilər. 15 dəqiqə belə olsa, idmana vaxt ayırmağa çalışın.
– Ailənizlə və dostlarınızla vaxt keçirməyə çalışın. Sosial dəstək zehni sağlamlığınızı qorumağa kömək edəcək.
– İş mühitinizi rahatlaşdırın. Bu biraz xərc tələb edə bilər, ancaq gələcəkdə böyük sağlamlıq problemləri ilə üzləşməkdən yaxşıdır. İş yerinizdə və ya evinizdə sağlamlığa uyğun işığı, havanı, kreslonu və s. təmin edin. Bütün bunlar həm də işinizdə daha məhsuldar olmağa imkan verəcək.