Gəncə Dövlət Universiteti avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elvi.M.M Services Group” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 439.108,68 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatrına görə “Elvi.M.M Services Group” MMC 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 834 127 AZN olan şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.
Ondan əvvəl şirkətin qanuni təmsilçisi Həsənov Ülvi Dilqəm oğlu olub.
Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin haqqında da məlumatlar məhddudur.
Baxmayaraq ki, “Elvi.M.M Services Group” MMC tenderlərdə faəl iştirak edir.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən Gəncədəki yerli qurumların tenderlərinin qalibi olur.
“Elvi.M.M Services Group” MMC təkcə 2022-ci ildə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 4 tenderinin qalibi olub. Gəncə MKTİB-nin şirkətlə bağladığı satınalma müqavilələrinin toplam maliyyə dəyəri 1 082 720,32 AZN-dir.
Bu arada qeyd edək ki, Gəncə Dövlət Universiteti ötən il də avadanlıqların satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 378.974,69 AZN-dir.