GDU regional kollecinin istilik sisteminə nə qədər pul xərcləyəcək?backend

GDU regional kollecinin istilik sisteminə nə qədər pul xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Dövlət Universiteti (GDU) yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, unversitet nəzdindəki Regional Kollecinin istlik sistemləri problemini həll edəcək.

Rəsmi məlumatda qeyd edilir ki, GDU rəhbərliyi sözügedən kollecdə istilik sisteminin çəkilməsi işlərinin satınalınmasına 238.719,65 manat xərcləyəcək. Bununla bağlı, “M-HOUSE CONSTRUCTİON” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Araşdırmalarımız zamanı məlum olub ki, “M-House Construction” MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.

Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi isə Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Xatırladaq ki, GDU bir qədər əvvəl də başqa bir tender elan etmişdi. Belə ki, həmin tenderin nəticəsinə əsasən universitetin rektoru Yusif Yusibov özünə “Lexus” markalı bahalı maşın almışdı.