Hər tədris ilində olduğu kimi, bu ildə də Gəncə Dövlət Universitetində təntənəli şəkildə “Məzun-2017” proqramı çərşivəsində “Məzun Günü” keçirilib.Tədbirin keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

Tədbirdə 150-dən çox təşkilat və müəssisənin nümayəndələri iştirak edib.Gəncə Məşğulluq Mərkəzi tərəfindən 1000, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Goranboy və Kəlbəcər rayonları tərəfindən isə 300 boş (vakant) iş yerləri təklif olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri açaraq, Gəncə şəhərində gənclərin hərtərəfli inkişafı, təhsilli formalaşması üçün hər bir şəraitin olduğunu qeyd edib. Bildirib ki, Universitetdə tədrisin maddi-texniki bazası gücləndirilərək müasir tələblərə cavab verən abu-hava yaradılıb, mütəmadi məqsədyönlü tədbirlər həyata keçirilir. 2016/2017-ci tədris ilində Gəncə Dövlət Universitetində 1511 bakalavr və 150 magistratura tələbəsi məzun adına layiq görülüb.Rektor məzunlara gələcək işlərində uğurlar arzulayıb, onlara öz tövsiyələrini verib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Sevda Qurbanəliyeva universitetdə belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə öz təşəkkürünü bildirib.
Gəncə Dövlət Universitetinin məzunları – 4 saylı tam orta məktəbinin direktoru Əliağa Səfərəliyev, 39 saylı tam orta baza məktəbinin direktoru Nizami Rzayev, 30 saylı tam orta məktəbin direktoru İlham Həsənov çıxış edərək gəncləri təbrik edib, Universitetlə bağlı xatirələrini bölüşüblər.
“Məzun Günü”ndə kitab və tələbələrin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Yüksək mütəşəkkilliklə keçən tədbirdə Universitetin fəal tələbələrinə Fəxri fərman təqdim edilib.
Tədbir Musiqi fənlər kafedrasının tələbələrinin hazırladıqları “Musiqi çələngi” adlı konsert proqramı ilə davam edib.