Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin fransız dili ixtisasının tələbələri “Beynəlxalq Frankofoniya bayramı” keçiriblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin fransız dili ixtisasının tələbələri “Beynəlxalq Frankofoniya bayramı” keçiriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, universitetin prorektorları, professor-müəllim heyəti, fransalı qonaqlar, tələbələr, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan və Fransanın Dövlət Himnləri səsləndirilib.
Rektor Yusif Yusibov Azərbaycan-Fransa arasında uzun illərdən bəri siyasi, iqtisadi və mədəni sahələrdə yaranan geniş əlaqələrdən danışıb. Bildirib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Rektor vurğulayıb ki, Gəncə şəhərində keçirilən ənənəvi şərab festivalları da Azərbaycan -Fransa əlaqələrinə nümunədir.
Yusif Yusibov qeyd edib ki, 1999-cu ildən Gəncə Dövlət Universitetində fransız dili ixtisası fəaliyyət göstərir. 16 tələbə ilə fəaliyyətə başlayan bu ixtisasda hazırda 113 tələbə təhsil alır vəfransiz dili kafedrasında 11 müəllim çalışır.
Azərbaycanda Fransa Mədəniyyət Mərkəzinin icraçı direktoru Moris Rüfin bildirib ki, Azərbaycan –Fransa arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli olmaqla mütəmadidir. Buna görə də Fransa Mədəniyyət Mərkəzi tərəfindən fransız dilinin inkişafıana xüsusi önəm verilir. Mərkəzdə fəaliyyət göstərən dil kurslarına gənclər cəlb edilir.
Tədbirdə Azərbaycan-Fransa əlaqələrinə, dostluq və həmrəylik münasibətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tələbələr fransız dilində mahnılar ifa edib, səhnələşdirdikləri “Ulduz” tamaşasını göstəriblər.
“Beynəlxalq Frankofoniya Bayramı” “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.