Gəncə Dövlət Universitetinin ll tədris binasının iclas zalında 8 mart Beynalxalq Qadinlar Günü münasibətile geniş tədbir həyata kecirildi. Gəncə Dövlət Universitetinin ll tədris binasının iclas zalında 8 mart Beynalxalq Qadinlar Günü münasibətile geniş tədbir həyata kecirildi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva və rektorun baş muşaviri Asif Cavadov çıxış edərək bu tarixi gunun yaranmasından,dünya xalqları tərəfindən qeyd edilməsindən ,cəmiyyətimizde qadinlarin rolundan bəhs etdilər.
Azad həmkarlar ittifaqı Komitəsinin sədri Afaq Qasımova da həmkarlar Komitəsi adından Universitetin qadınlarını təbrik edib, prorektorla birgə, rəhbərliyin təbrikini, fəxri fərmanları, pul mükafatlarını tədrisdə və ictimai fəaliyyətdə fərqlənən qadın əməkdaşlara çatdırdılar . Sonda söz tələbələrə verildi . Onlar da maraqlı şeir və mahnı parcaları ilə qadinlarımızı təbrik etdilər.