Game of Thrones və Shameless, EastEndes kimi prodüserləri ilə tanınan britaniyalı aktyor Darren Kent 36 yaşında dünyasını dəyişib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, nadir bir dəri xəstəliyi ilə mübarizə aparan Kent osteoporoz və artrit kimi problemlərlə də mübarizə aparırdı.
Darren Kentin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. Açıqlamada Kentin son nəfəsini verən zaman yanında ailəsi və dostlarının olduğu bildirilib.