Rusiyalı boksçu Fyodor Yemelyanenko amerikalı boksçu Rayan Beyderdən ağır olduğu müəyyənləşib.
TİA.AZ TASS agentliyinə istinadla xəbər verir ki, “Bellator” Qran-Prisinin final yarışmasından əvvəl çəki mərasimində F.Yemelyanenkonun çəkisi 107,2, R.Beyderin isə 103,4 kiloqram olduğu müəyyən olub.
Qeyd edək ki, F.Yemelyanenko amerikalı idmançı ilə döyüşə görə 300 min dollar qazanacaq. Beyderin bu döyüşdən qazancı isə 150 min dollar olacaq.
Fyodor Yemelyanenko karyerası ərzində 38 dəfə qələbə qazanıb, beş görüşü isə uduzub. R.Beyder isə qarşılaşmalarda 26 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyəti olub.
Boksçular arasında final qarşılaşması Los-Ancelesdə keçiriləcək.