Füzulidə QAÇQINLAR MƏMURDAN ŞİKAYƏT EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu adam Füzulu rayonuna  qaz istismarı sahə rəisi göndərilən gündən məcburi köçkünlərə qənim kəsilib”
 Füzuli rayonunda məskunlaşan bir qrup məcburi köçkündən TİA.AZ redaksiyasına şikayət məktubu daxil olub. Həmin şikayəti diqqətinizə çatdırırır: “Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısı, dədə-baba torpaqlarından, doğma ev-eşiklərindən didərgin salınmış soydaşlarımızın problemlərinin aradan qaldırılması həmişə zəruri vəzifələrdən biri olub. Bunu hər cür şəraiti olan mənzillərin tikilib onlara verilməsi, işıq, su və qaz probleminin aradan qaldırılması da təsdiqləyir.Təəssüf ki, bəzi məmurlar yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin problemlərinə biganə yanaşır,  sanki dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərə göstərdikləri xüsusi diqqət və qayğını görməzdən gəlir. Belə məmurlar unudurlar ki, isti ocağından didərgin salınmış məcburi köçkünlər arasında elələri var ki, ümidlərini həra ay aldıqları cəmi 36 manat müavinətə bağlayıblar.  Ermənilərdən də betər əzazil və qəddar olan bəzi məmurlar həmin 36 manatı da məcburi köçkünün əlindən almaq istəyir. Belələrindən biri də Füzulu rayonundakı qaz istismar sahəsinin yeni təyin olunmuş rəisi Şəhriyar Qarayevdir.

Deyilənlərə görə əslən Bərdə rayonundandır. Torpaqlarımızın azadlığı uğrunda nə şəhid verəni, nə də əlil olanı var. Bu adam Füzulu rayonuna  qaz istismarı sahə rəisi göndərilən gündən məcburi köçkünlərə qənim kəsilib.  İki ayağını bir başmağa dirəyib deyir ki, 2015 və 2016-cı illərdən qalmış qaz pulunu ödəməlisiniz. Əgər ödəməsiniz qazınızı kəsdirəcəyəm. Ona başa salırlar ki, həmin illrdə məcburi köçkünlərin işlətdiyi qaz, su və işıq pulu dövlət büdcəsindən “Qaçqınkomun” hesabına ödənilib. Ona görə də həmin illərin qaz pulunu da “Qaçqınkom” ödəməlidir. Şəhriyar Qarayev isə deyir ki, bunun mənə aidiyyəti yoxdur. Kim həmin illərin qaz pulunu verməsə, qazını kəsdirəcəyəm. Pulu vermək istəməyənlərin başına oyun açdıracağam.Bəli, bu “kişi müdir” dediyi, yəni “başınıza oyun açdıracağam” çirkin əməlini edib. O, tək-tənha yaşayan, ayda 36 manat müavinət pulu alan evdar qadının evinə 2-3 adam göndərib ki, ötən illərdən qalma 235 manat borcunu ver, ya da qazını kəsirik. Hətta qonum-qonşular da qaz idarəsinin işçilərini başa salıblar ki,  həmin illərin pulu dövlət büdcəsindən ödənilib.

 İşçilər də deyib ki, biz bunu başa düşürük. Şəhriyar Ağayev Füzuli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək deyib ki, qadın bizim işçilərimizi balta ilə öldürürmüş, canlarımı güclə qurtarıblar. Qaz idarəsinin işçiləri Füzuli Rayon Polis Şöbəsində verdiyi izahatda və qadınla üzləşmədə deyiblər ki, belə bir hal olmayıb. Şəhriyar Qarayev böhtan atır. Qarşıdan qarlı, şaxtalı qış gəlir. İndi məcburi köçkünlər bilmirlər ki, özlərini yurd-yuvalarını işğal edən qatil ermənilərdən qorusunlar, yoxsa qaz istismar sahəsinin rəisi Şəhriyar Ağayevdən. Bəziləri də deyir ki, Şəhriyar Ağayev camaatı bilərəkdən narazı salır. O, özü də çox yaxş bilir ki, 2015-2016-cı illərin qaz pulu dövlət büdcəsindən ödənilib. Ancaq qarşıdan gələn prezident seçkiləri ərəfəsində həssas qəlbli məcburi köçkünləri narazı salmaqla kimlərinsə sifarişini yerinə yetirir.”

NÜŞABƏ
TİA.AZ