Füzulidə bir dənə həkim, tibb bacısı, aptek və diş ağrısı üçün dərman tapmaq mümkün deyil.
Tribunainfo.az xəbər verir ki, bu problemlə hərbi ekspert Ədalət Verdiyev üzləşib. O bildirib ki, Füzulidə yeni salınan binalar, məktəb, hər bir şərait gözəl olsa da, aptek, dərman tapılmır:
“Füzulidə salınan yeni binaların həyətində bir dənə həkim, tibb bacısı, aptek və diş ağrısı üçün dərman tapmadıq. Əhali və fəhlələr də həkimlərin olmadığını dedilər. Füzulidəki rəhbərlər bunu mütləq diqqətə almalıdır. Əhali köçübsə, tibb xidməti və təcili yardım mütləq təşkil edilməlidir. Füzuliyə qayıdacaq sakinlər arasında 1-2 həkim və tibb bacısını seçib növbəti qayıdış zamanı əraziyə göndərmək çətin iş deyil. Bunu Laçında etmişdiniz. Xırda çatışmazlıqlar ilə bu boyda böyük işləri korlamaq olmaz”.