Füzulidə ağır yol qəzası olub, üç nəfər ölüb

Füzulidə ağır yol qəzası olub, üç nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.

Rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada “Mersedes”, “KİA” və “Opel” toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, ölənlər “Mersedes”in sürücü və sərnişinləri olub.

Faktla bağlı araşdırma aparılır.