Füzuli Şəhəri Günü ilə bağlı Füzuli şəhərində keçirilən tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli 530” adlı musiqili-ədəbi kompozisiya nümayiş olunub.
Tribunainfo.az xəbər verir ki, xanəndələr Orxan Hüseynli, Könül Məmmədli Məhəmməd Füzulinin qəzəlləri üstündə müxtəlif muğam parçaları ifa ediblər.
Qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimlinin qiraətində dahi şairin qəzəlləri səsləndirilib.
Şairlər Kamal Hüseynzadə və Elsər Qədri Füzulinin qəzəllərinə yazdıqları nəzirələri tədbir iştirakçılarını diqqətinə çatdırıblar.
Füzulinin “Leyli və Məcnun” poeması əsasında xoreoqrafiya kompozisiyası nümayiş edilib.
Kompozisiyanın müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, rejissoru isə Əməkdar artist Loğman Kərimovdur.