Futbol ulduzlarının populyarlığı indi sosial mediadakı izləyicilərinin sayı ilə ölçülür. Gəlin “Instagram”da futbol dünyasının ən çox izlənilən 10 ulduzun adına nəzər salaq.
10. Qaret Beyl – 46 milyon
Uelsli ulduz yaşıl meydanlarda daha köhnə günlərdəki kimi çıxış etməsə də, instaqramda izləyici sayına görə hələ də ilk 10-luqdadır.
9. Məhəmməd Salah – 48 milyon
“Liverpul”un misirli ulduzu bu mövsüm göstərdiyi performansla bir çoxları tərəfindən dünyanın ən yaxşı oyunçusu hesab edilir. Şöhrəti yaşıl meydandan kənara çıxan Salah jurnalların üz qabığını da bəzəyir.
8. Serxio Ramos – 49 milyon
Keçən yay uzun illər kapitanı olduğu “Real”dan ayrılan Serxio Ramos hazırda PSJ-də əzəli rəqibi Lionel Messi ilə birlikdə top qovur. O, bu mövsüm zədə səbəbindən əksər oyunları tribunadan izləməli olsa da, İspaniyadakı çoxsaylı uğurlarının populyarlığı onu instaqram ulduzlarının siyahısına salmağa kifayət edir.
7. Zlatan İbrahimoviç – 52 milyon
Artıq 40 yaşına çamasına baxmayaraq, bədən quruluşu və hədəfləri ilə gənclərə meydan oxuyan İbrahimoviç öz nəslinin ən yaxşı futbolçusu kimi tanınmasa da, şübhəsiz, ən qeyri-adi personajlardan biridir. İsveçli ulduzun instaqramda paylaşdığı videolar onun yaşına baxmayaraq necə formada qalmasının sübutudur.
6. Ronaldinyo – 63 milyon
Futbolsevərlər hələ də onun “Barselona” forması ilə driblinqlərini unutmayıblar. Zirvədəki vaxtı digər ulduzlarla müqayisədə qısa olsa da, Ronaldinyonun sehri başqa idi. O, karyerasını illər əvvəl başa vursa da, sosial şəbəkələrdəki populyarlığı bunu göstərir. Futbola çətin ki, bir daha onun kimi istedad gələr.
5. Kilyan Mbappe – 66 milyon
PSJ-nin fransız ulduzu gənc yaşına baxmayaraq, bir çox kubokları başı üzərinə qaldırmağı bacarıb. Bunlardan ən önəmlisi, şübhəsiz ki, millinin heyətində qazandığı dünya çempionatıdır. Mövsümün sonunda PSJ-dən ayrılaraq “Real”a keçəcəyi gözlənilən Mbappe “Los Qalaktikos”un təsiri ilə bu siyahının zirvəsinə yüksələ bilər.
4. Devid Bekhem – 71 milyon
Yaraşıqlılığı və xarizması adətən futbolundan daha çox nəzərə çarpsa da, Bekhemin yaşıl meydançalardakı çıxışı heç də az qiymətləndirilməyib. Moda ikonası və nümunəvi ailə başçısı olan Bekhem həm də MLS-də çıxış edən “İnter Mayami”nin sahibidir.
3. Neymar – 170 milyon
Braziliyanın son vaxtlar yetişdirdiyi ən böyük istedadlardan olan Neymar, futbol meydanlarının qütbləşən adlarından biridir. Onu tənqid edənlərin sayı kifayət qədər çox olsa da, sosial şəbəkələrdəki rəqəmlər Neymarın nə qədər böyük fanat ordusuna malik olduğunu ortaya qoyur.
2. Lionel Messi – 306 milyon
Messinin ikinci olduğu nadir yerlərdən biri də instaqramda izləyicilərin sayıdır. Son aylarda yeddinci dəfə “Qızıl top”u qazanan argentinalı ulduzun bundan heç də narahat olduğu düşünülmür.
1. Kriştiano Ronaldo – 402 milyon
Təbii ki, birinci cərgənin sahibi Cristiano Ronaldodan başqası deyil. Dünyada onu tanımayan yoxdur. Portuqaliyalı ulduz bu yaxınlarda instaqramda 400 milyon izləyici həddini keçən ilk şəxs oldu.
Səbuhi Həsənov
Mənbə: “Goal”.