Futbolçu qara görə topu boş qapıya vura bilmədi – VİDEO

Futbolçu qara görə topu boş qapıya vura bilmədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Hannover” klubunun hücumçusu Qenki Haraquçi “Bayer”ə qarşı keçirilən matçda  güclü qara görə topu boş qapıdan keçirə bilməyib.

Kuryoz anın görüntüsü “Guardian Football” YouTube kanalında yayılıb.

Oyunda hesab 0:2 olduğu bir vaxtda Haraquçi rəqib komandanın qapıçısını aldadaraq, topu boş qapıya hədəfləyib. Ancaq qazon üzərinə yığılan qar topun qapı xəttini keçməsinə əngəl olub.

Qeyd edək ki, oyun “Hannover”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bəxti gətirməyən Haraquçi Almaniya çempionatının cari mövsümündə bir dəfə olsun fərqlənməyib.