backend

Futbolçu ilə hakim evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə futbolçu ilə hakim evlənib. Türkiyədə futbolçu ilə hakim evlənib.
 
TİA.AZ-ın məlumatına görə, Mardin şəhərində hazırlıq matçında tanışan olan cütlüyün eşq hekayəsi xoşbəxt sonla bitib. Mardində yaşayan Mehmet Ali Babayiyit (28) yaşıl meydanda ofsaytda doğan eşq hekayəsindən danışıb.

11 ildir professional futbol oynadığını ifadə edən Mehmet matç əsnasında həyatının eşqi ilə tanış olduğunu söyləyib. Bir hazırlıq matçında komanda yoldaşının tez-tez ofsayta düşməsi nəticəsində gərginlik yaşanıb və kapitan olduğu üçün Mehmet yan xətt hakimin yanına gedərək, qərara etiraz edib. Hakim Melek İmamoğlunu (25) görüncə çox təsirləndiyini dilə gətirən futbolçu xanıma aşiq olub.
 
Oyunda fasilə yarandığı zaman bir bəhanə ilə hakimlərin otağına gedən Mehmet sözlərinə belə davam edib: “Həyat yoldaşımla tanışlığımız bir ofsaytda başladı. Daha sonra bir yerdə qəhvə içdik. 28 yaşındayam və bu zamana qədər etdiyim ən doğru şey, aldığım ən doğru qərar Melek ilə evlənməkdi. Tanış olduqdan bir həftə sonra nişanlandıq. Həyat yoldaşıma çox yerdə evlənmə təklifi etdim. 4 iyun 2015-ci il tarixində də evləndik. Çox xoşbəxtəm”.