FIFA futbol üzrə milli komandaların reytinq siyahısını yeniləyib.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki il ilə müqayisədə bir pillə irəliləyib.
Ötən reytinqdə 1177,83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.
Fernandu Santuşun başçılıq etdiyi yığmanın aktivində 1179,88 xal var.
Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyib. Siyahıya son dünya çempionu Argentina (1860,14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.