Futbol üzrə dünya klub çempionatı 2017-nin bütün iştirakçıları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın “Qremio” futbol klubu 6-16 dekabr tarixlərində BƏƏ-də keçiriləcək futbol üzrə dünya klub çempionatı – 2017-nin son iştirakçısı olub.

 

Braziliyanın “Qremio” futbol klubu 6-16 dekabr tarixlərində BƏƏ-də keçiriləcək futbol üzrə dünya klub çempionatı – 2017-nin son iştirakçısı olub.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, turnirdə “Real” (İspaniya), “Qremio” (Braziliya), “Urava Red Daymonds” (Yaponiya), “Vidad” (Mərakeş), “Paçuka” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya) və “Əl-Cazira” (BƏƏ) iştirak edəcək.

Cümə axşamına keçən gecə “Qremio” iki final qarşılaşmasının nəticəsinə görə Argentinanın “Lanus” kollektivini məğlub edərək (1:0, 1:2) Libertadores Kubku – 2017-nin qalibi olub.