Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup oyunlarının beşinci turu keçirilib.
Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup oyunlarının beşinci turu keçirilib.
TİA.AZ xəbər verir ki, qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.
“F” qrupunda baş tutan “Borussiya Dortmund”-“Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib.
Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi turnirin tarixinə düşüb.
Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də “Monako”-“Deportivo” matçında (8:3) qeydə alınmışdı.