Yaponiyada orta məktəbdə keçirilən futbol matçı zamanı ildırım 16 nəfəri yaralayıb.
Tribunainfo.az Sözçü-yə istinadən xəbər verir ki,rəsmi Kyodo agentliyinin məlumatına görə, Miyazaki prefekturasındakı Oyodo Qakuen Hoşo liseyinin futbol meydançasında oynanan matç zamanı ildırım düşüb.
Hoşo Liseyi ilə Kamoto Liseyi arasında keçirilən yoldaşlıq görüşü zamanı ildırımın meydançanın kənarına düşməsi nəticəsində 2-si ağır olmaqla 16 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə Miyazaki Yanğından Mühafizə Xidməti əraziyə göndərilib. Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.