İngiltərə futbolunun əfsanəsi Bobbi Çarlton oktyabrın 21-də 86 yaşında vəfat edib. Bu barədə onun ailəsi xəbər verib.
Çarlton bütün tarix ərzində İngiltərənin ən görkəmli futbolçularından olub. O, 106 beynəlxalq oyunda iştirak edib və İngiltərə yığması tarixində qolların sayına görə ikinci oyunçu hesab edilib.
O, öz karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirib. Əfsanəvi futbolçu 1966-cı ildə “Uembli”də qızıl medal qazanan dünya çempionatı komandasının heyətində olub. Oyun tarixdə onunla yaddaqalan olub ki, İngiltərə yığmasına birinci və yeganə dünya çempionu kubokunu gətirib. İngilislər tərəfindən vurulan və çoxsaylı mübahisəyə səbəb olan üçüncü qol yan xətt hakimi Tofiq Bəhramov tərəfindən qeydə alınıb.
Bobbi Çarlton öz karyerası ərzində 758 oyunda çıxış edib, bu oyunlarda 249 qolun müəllifidir.
1966-cı ildə “France Football” jurnalı onu Avropanın ən yaxşı futbolçusu adlandırıb