Bu gün Gənclik Cinema Plusda “Nazlı” filminin təqdimat mərasimi baş tutub.
Bu gün Gənclik Cinema Plusda “Nazlı” filminin təqdimat mərasimi baş tutub.
TİA.AZ xəbər verir ki, filmdə Azərbaycan kinosunun ustad aktyorları: Rasim Balayev, Fuad Poladov, Məbud Məhərrəmov və Arif Quliyev də çəkilib.
Lakin təqdimatda Rasim Balayev və Fuad Poladov iştirak etməyib. Filmin rejissoru Rəhman Rafiqoğlundan əldə etdiyimiz məlumata görə, hər iki xalq artisti səhhətində yaranan problemlərə görə qala gecəsində iştirak edə bilməyib.
Şəkər xəstəliyindən əziyyət çəkən R.Balayevin bir neçə müddətdir ki, belində ağrılar var və gəzə bilmir.
Xalq artisti Fuad Poladovun isə 3 aydır səsi batıb. O, hazırda Türkiyədə xəstəxanaların birində müalicə alır.