Dövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulması üçün daxili müsahibə elan edib.
Bununla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət fevralın 27-dək davam edəcək. Məlumatda sözügedən vəzifənin icraçısının aylıq vəzifə maaşı 1185 manat qeyd edilib.
Xatırladaq ki, DTA-da sədrin müxtəlif məsələlər üzrə fəaliyyətə təhkim olunmuş müşavirləri mövcuddur. Vakansiyaya çıxarılan sədrin müşaviri vəzifəsi də onlardan biridir. Bununla yanaşı 2023-cü ilin iyununda Oğuz rayonunda hotellərdən birində yüksək təzyiqdən dünyasını dəyişən DTA sədrinin müşaviri Sübhan Quliyevin də vəzifəsi hələki vakant olaraq qalır.
Hazırda isə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iki müşaviri var. Onlardan biri baş müşavir Florian Zenqstşmit, digər müşavir isə Kənan Quluzadədir.