FTX generalı: “Budanov optik nişangahına düşən kimi məhv ediləcək”

FTX generalı: “Budanov optik nişangahına düşən kimi məhv ediləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanov optik nişangahına düşən kimi məhv ediləcək.
Bunu nəşrə NEWS.ru-ya müsahibəsində istefada olan Rusiya Federal Tədqiqat Xidmətinin generalı Aleksandr Mixaylov deyib.
“Kirill Budanov rus qoşunları üçün qanuni hədəf olub və belə də qalır. Əgər optik nişangaha düşərsə, bu, onun üçün son olacaq”, deyə Mixaylov bildirib.
O qeyd edib ki, Rusiya hərbçilərinin həyatını riskə atmamaq naminə heç kim Budanovun aradan götürülməsi üçün konkret olaraq kimisə Ukraynaya göndərməyəcək.
Qeyd edək ki, bi gün əvvəl Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov da Kirill Budanovla bağlı bənzər bəyanatla çıxış etmişdi. O, bildirib ki, Ukrayna xüsusi xidmət orqanlarının rəhbərləri “Rusiyaya qarşı cinayət törədən hər kəs kimi” Silahlı Qüvvələr üçün qanuni hədəfdir.