Freddi Merkurinin daha öncə eşidilməmiş mahnısı yayımlandı

Freddi Merkurinin daha öncə eşidilməmiş mahnısı yayımlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi rok qrupu “Queen”nin solisti Freddi Merkurinin “Time Waits For No One” (Zaman heç kim üçün gözləmir) adlı mahnısının daha əvvəl eşidilməmiş bir versiyası “BBC” radiosunda yayımlanıb.

Mahnı 1986-cı ildə təqdim edilən “Time” (Zaman) musiqili teatrının soundtreki olub.

Belə ki, o dövrdə yayımlanan versiyada Merkurinin səsi çox sayda vokalist ilə birlikdə eşidilirdi. Lakin mahnının daha öncə piano ilə qeyd edilmiş versiyası yeni gün üzünə çıxıb.