backend

Fransua Ollandın alacağı təqaüdün məbləği BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Fransua Olland bu bazar hakimiyyətdəki vəzifəsini Makrona təhvil verərək təqaüdə çıxacaq. 

Fransa prezidenti Fransua Olland bu bazar hakimiyyətdəki vəzifəsini Makrona təhvil verərək təqaüdə çıxacaq.

TİA.AZ xəbər verir ki, sabiq prezidentin əməkli maaşı təxminən 15 min 144 avro təşkil edir. Bu onun vəzifədə aldığı maaşdan daha çoxdur.

Bundan əlavə sabiq prezident olduğu üçün Ollanda dövlət tərəfindən əlavə 5 min 200 avro da ayrılacaq.

Fransua Olland prezident olduğu illərdə aylıq 14 min 910 avro maaş alırdı.

Sabiq prezident onun üçün ayrılmış xüsusi evdə 7 nəfərlik daimi presonalı ilə birlikdə qalacaq.

Ollandın keçmiş dövlət başçısı olmasından dolayı bundan sonrakı bütün səyahət və qeydiyyat xərcləri də dövlət büdcəsindən ödəniləcək.