Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin yenə “xəstəliyi” baş qaldırıb. Tribunainfo.az xəbər verir ki, o, ötən gün Milad bayramı ilə bağlı açıqlamasında yenidən Qarabağdan könüllü köçən erməniləri dilə gətirib.
Olivye Dekotini deyib ki, bəs, “Qarabağın məcburi köçkünləri bu il də Milad bayramını evlərindən uzaqda qeyd edirlər”.
P.S. Bu avaraya başa salan lazımdır ki, onları nə Qarabağdan qovan olub, nə də qaçırdan. Özləri könüllü gediblər. Halbuki Azərbaycan onların qalması üçün hər şeyi edib. İndi gedənin qarşısını almazlar.