Fransanın Ermənistandakı səfiri Olivye Dekontini daha bir müstəsna həyasızlığa imza atıb. Tribunainfo.az xəbər verir ki, o, dünən Ermənistala Azərbaycan arasındakı sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.
Səfər barədə sosial şəbəkələrdə təəssüratlarını yazan Dekontini həyasızcasına Azərbaycanın bu torpaqların bir qismini “işğal” etdiyini deyib. “Mən Azərbaycanın qismən işğal etdiyi Vayots Dzor bölgəsinə səfər edirəm. Vayots Dzor rayonu Azərbaycanın qismən işğal etdiyi Ermənistan ərazisinin qala hissəsində yerləşir. Bu, strateji əhəmiyyət kəsb edən bölgədir. Burada Aİ-nin Monitorinq Missiyasının (EUMA) qərargahı yerləşir”.