Fransız səfir yenə sarsaqlamağa başladıbackend

Fransız səfir yenə sarsaqlamağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Qarabağı tərk etməyə məcbur edilən ermənilərin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyib”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Fransanın Ermənistandakı səfiri Olivier Decotigny çıxış edib.
O deyib ki, bir ildən sonra Azərbaycana verilən bu sərəncam yerinə yetirilməmiş qalır. “Fransa nə geri qayıtmaq hüququ baxımından, nə də mədəni və dini irsin qorunması baxımından heç nəyi unutmur və heç nədən imtina etməyəcək”.
P.S. Fransanın bu cür açıqlamaları qeyri-adi deyil. “Bacı”sına olan münasibətindən dolayı hər vəchlə heç bir əsası olmayan fikirlər ortaya atırlar. Ermənilərin geri qayıtması prosesinə ənəgəl olan isə Azərbaycan yox, elə özlərinin istəyidir. Çünki onlar elə ilk gündən Azərbaycan vətəndaşlaığını qəbul etməkdən imtina edərək, Ermənistana köçüblər. Nə etnik təmizləməyə məruz qalıblar, nə zorakılıq görüblər, nə də təzyiq altında qalıblar. Bir sözlə, fransız səfir gedib “xoruzu”nu oynatsın