Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenə banlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə səfir Azərbaycanı “borclu” çıxarıb.
O iddia edib ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasına icazə verməyə “borcludur”.
Onun sözlərinə görə, COP29-un təşkilatçısı kimi Azərbaycan beynəlxalq diqqəti özünə cəlb edir ki, bu da öz üzərinə xüsusi beynəlxalq öhdəliklər yaradır. “İndiki mərhələdə onların əsas məsuliyyəti Ermənistanla sülh müqaviləsi bağlamaqdır”.
P.S. Dekontenin belə danışmasında qəribə bir şey yoxdur. Çünki onun təmsil etdiyi hökumət də vaxtaşırı Azərbaycana qarşı banlayır. Lakin hər dəfəsində tutarlı cavabını alaraq, geri çəkilməli olur.
Fransız səfir hələ də anlamır ki, Azərbaycanın belə bir öhdəliyi və borcu yoxdur. Çünki ermənilərin könüllü şəkildə Qarabağı tərk etmələrini Bakı təşkil etməyib. Əksinə, bunun qarşısını almaq, onların da digər vətəndaşlarımız kimi Azərbaycanda qalması üçün əlindən gələn hər şeyi edib.