FRANSIZ DEPUTATI İRƏVANDA “SANCI TUTDU”: “QARABAĞ ERMƏNİLƏRİ TƏHLÜKƏDƏDİR…”

FRANSIZ DEPUTATI İRƏVANDA “SANCI TUTDU”: “QARABAĞ ERMƏNİLƏRİ TƏHLÜKƏDƏDİR…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Retaio bu qənaətə Ermənistana son səfərindən sonra gəlib.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Fransa Senatındakı “Respublikaçılar” fraksiyasının sədri Bruno Retaio hesab edir ki, təkcə Qarabağ əhalisi deyil, Ermənistan da təhlükə altındadır.

O, bunu Fransada işgüzar səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

Retaio qeyd edib ki, onun ölkəyə son səfəri narahatedici olub, bu, Ermənistan və Qarabağ ətrafında təhlükələrlə bağlı olub. Retaio hesab edir ki, avtoritarizm və diktatura regionun demokratik inkişafını şübhə altına alıb.

Öz növbəsində Simonyan qeyd edib ki, erməni tərəfi bu məsələni hər gün beynəlxalq ictimaiyyət qarşısında qaldırır.

“Biz tərəfdaşlarımızdan ardıcıl dəstək və regionu sarsıntılardan və müharibədən qorumaq üçün konkret addımlar gözləyirik”, – Simonyan bildirib.