İspaniya senatı 1939-1975-ci illərdə ölkəni idarə edən diktator Fransisko Frankonu və ideologiyasını tərifləyən addımlar üçün cəza nəzərdə tutulması barədə qərar qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən səsvermədə 136 bitərəf səs, 97 isə “Hə” qeydə alınıb. Alınan qərarlar Frankonun skeletinin xatirə məzarlığından çıxarılması, Franko rejimi lehinə fikir səsləndirənlərə cəza müəyyənləşdirilməsini nəzərdə tutur.
Kataloniyada isə parlament üzvləri oxşar qərar qəbul ediblər. Belə ki, Fransisko Franko rejiminə tərif deyən, həmçinin vətəndaş müharibəsi qurbanlarını təhqir edənləri 200-150 min avro pul cəzası gözləyəcək.
Qeyd edək ki, ötən günlərdə paytaxt Madrid və digər ərazilərdə Fransisko Frankonun ölümünün 43-cü ili münasibətilə kilsələrdə gizli ayinlər təşkil edilib.