FRANSANIN BÖLGƏDƏ 300 İLDİR DƏYİŞMƏYƏN MISSİYASI VAR – DETALLARbackend

FRANSANIN BÖLGƏDƏ 300 İLDİR DƏYİŞMƏYƏN MISSİYASI VAR – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkəsinin – Fransanın Cənubi Qafqaza daxil olmasına İranın göz yumması ən çox müzakirə olunan məsələlərdən biridir. Əslində Fransanın Ermənistandakı mövqeyinin güclənməsinin İranı narahat etməməsi gözlənilən idi. İranla Fransa arasında bir neçə yüzilliyə söykənən ciddi tarixi əlaqələr mövcuddur. Bu iki ölkə vaxtilə Rusiya və Türkiyəyə qarşı birlik müqaviləsi imzalamışdı. 1979-cu ildə baş verən inqilabdan sonra Ayətullah Ruhullah Xomeyni xüsusi reyslə məhz Fransadan İrana gəlmişdi. İrana qarşı sanksiyalar ən pik həddə çatanda Fransa bu ölkə ilə yumşaq siyasət aparmağın tərəfdarı olduğunu bildirir, İranın böhranın həllində özünü önə çıxarırdı. Son 10 ildə iki ölkə arasında milyardlıq layihələr icra olunub. 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan Azərbaycan torpaqlarında İran və Fransa müştərək fəaliyyət quraraq, ərazilərimizdə terrorçu qruplaşmalar hazırlayıb, onların təlimlərini keçirib və narkotik plantasiyaları salıblar. Fransanın dəstəyi İrana qarşı maliyyə blokadasının yarılmasında əhəmiyyətli rol oynayıb. İranda teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması Fransanın əməyinin məhsuludur.

Fransa Cənubi Qafqazdan imtina etmək niyyətində deyil. Fransanın Qafqazda 300 ildir dəyişməyən missiyası var. Hələ 1724-cü ildə (İstanbul müqaviləsi ilə) Azərbaycan torpaqları Osmanlı və Çar Rusiyası arasında iki yerə parçalananda müqavilənin I maddəsində göstərilirdi ki, “sərhədlərdə nişanların quraşdırılması” (sərhədlərin hüdudlandırılması) missiyası Fransaya həvalə olunur. Sonrakı mərhələdə Xalq Cumhuriyyəti dövründə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin təşəbbüslərini nəzərdən keçirə bilərik. Qarabağ probleminin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvündən birinin (daha sonra həmsədr olması) Fransa olması bu ölkənin bölgədə daimi missiyasının mövculuğundan xəbər verir. Artıq bu missiyalar bitib, Fransa alternativlər axtarışındadır və bu dəfə Avropa İttifaqının şinelində bölgəyə daxil olur.

İran ABŞ-ın Ermənistanda möhkəmləndiyini və İrəvanın Moskvadan uzaqlaşdığını başa düşür. Eyni zamanda, anlayır ki, belə bir situasiya Azərbaycanın maraqlarına cavab verir, çünki Ermənistan ABŞ-a yaxınlaşdıqca, Rusiyadan daha da uzaqlaşmış olur. Rusiyadan uzaqlaşmaq isə Ermənistana çox pis perspektivlər vəd edir. Eyni zamanda, bu amil Azərbaycanın Ermənistanla bağlı Rusiya qarşısında qoyduğu tələblərin yerinə yetirilməsi ilə nəticələnə bilər. İran ABŞ-ın Ermənistanda möhkəmlənməsindən narahat deyil, çünki Fransa hətta bütün Qərb dünyasında İrana qarşı bir çox zərbələrin qarşısını ala bilmişdi.

Ermənistanla sülh müqaviləsinin imzalanması prosesi iki istiqamətdə gedirdi: Avropa İttifaqı və Rusiya…

Aİ-nın bu prosesdə sona qədər ədalətli mövqe tutacağı inandırıcı deyildi. Aİ-nin əsas məqsədi Azərbaycanı 20 illik mövqedən – tərəfsizlik mövqeyindən yayındırmaq idi. Amma həqiqət budur ki, Qarabağ müharibəsindəki qələbəmizi şərtləndirən əsas amillərdən biri bu günə qədər heç bir hərbi ittifaqa üzv olmamağımız idi. Biz, Qoşulmama Hərəkatının sədri missiyasını həyata keçirə biləcək bir həddə gəlib çatdıq. Kiçik bir ölkənin manevr imkanlarının bu qədər yüksək olması və heç bir tərəfə yön almadan Qarabağ problemini həll etməsi Aİ-ni də narahat etməyə bilməzdi. Bizi seçimə dəvət edirlər. Biz isə seçimizi etmişik – tərəfsiz, müstəqil və adekvat siyasət!

Samir Feyruzov

Tribunainfo.az