Fransanın Azərbaycana qarşı planı baş tutmadı – ŞƏRH

Fransanın Azərbaycana qarşı planı baş tutmadı – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir ölkə Azərbaycandan qaz alacaq.
Bu dəfə Slovakiya. Tribuninfo.az yazır ki, politoloq Zaur Məmmədov bununla bağlı bildirib ki, dekabrın 31-də Rusiya və Ukrayna arasında qaz tranziti ilə bağlı sazişin vaxtı bitir və slovaklar çətin vəziyyətə düşə bilərlər:

“Beləliklə, Avropada bəzi qrupların və Makron kimi siyasətçilərin ölkəmiz qarşısında süni səddlər qoymasına baxmayaraq rəsmi Bakı
bir-bir qitə dövlətlərində enerji sahəsindəki gücünü artırmaqdadır. Beləcə, prezident İlham Əliyev Avropa İttifaqında qitənin deyil, öz qərəzli maraqlarını həyata keçirən dairələrə yaxşı bir dərs keçir!

Qeyd edim ki, COP29 tədbirinə qonaqların gəlməməsi üçün Fransa və Aİ-dəki bəzi qruplar əməli addımlar atıblar. Fransızların başçılığı altında Avropa və fransızdilli Afrika ölkələrinin liderlərinin Bakıdakı tədbirin boykot edilməsi üçün gizli danışıqlar həyata keçirilib. Makron və ətrafı Avropanın tədbirə yox deməsi üçün dəridən-qabıqdan çıxsa da, Britaniya, Belçika, İspaniya, İtaliya, Çexiya, Polşa, Slovakiya, Serbiya, Albaniya, Yunanıstan, Finlandiya və digər ölkələrin liderləri COP29-a gəldilər. Beləcə, plan iflasa uğradı”.

Z.Məmmədov bildirib ki, bəzilərinin anti-Azərbaycan isterikasına baxmayaraq rəsmi Bakı Avropada iqtisadi imkanlarını genişləndirir:

“Yaxın bir ildə Avropanın 10 dövləti Azərbaycan qazını alacaq. Gələcəkdə isə bu coğrafiya genişlənəcək.

Hazırda Xəzərin Azərbaycana aid sektorlardakı yeni qaz yataqlarında hasilatın artırılması işləri davam etdirilir. Nəticədə növbəti ildə Aİ-nin digər ölkələrinə də qaz nəqlini təmin etmək mümkün olacaq. Belə ki, Avstriya, Makedoniya, Moldova və digər ölkələrin də Azərbaycan qazı əldə etməsi mümkünləşmiş olacaq.

Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hədəf proqramına əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artmalıdır. Proqnozlara əsasən, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard. kubmetrədək artırılacaq”.