backend

Fransalı deputat Xocalı ilə bağlı petisiya yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada fəaliyyət göstərən vəkil Olivier Pardo tərəfindən www.change.org saytında Xocalı Soyqırımının tanınması üçün Petisiya (PÉTITION POUR FAIRE RECONNAÎTRE LE MASSACRE DE KHOJALY) yerləşdirilib. 

Fransada fəaliyyət göstərən vəkil Olivier Pardo tərəfindən www.change.org saytında Xocalı Soyqırımının tanınması üçün Petisiya (PÉTITION POUR FAIRE RECONNAÎTRE LE MASSACRE DE KHOJALY) yerləşdirilib.

Petisiyada Fransa Hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.


TİA.AZ xəbər verir ki, petisiyada Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 sakinin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığı barədə məlumat verilir.

Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyəti bu faciə haqqında az bilgilidir. İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır.

Bu saat qədər petisiyaya 8 mindən çox insan qoşulub.

Petisiya ilə buradan tanış ola bilərsiniz.