backend

Fransadan Azərbaycana Gələn Qadının Həyatından 8 Maraqlı Fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1.İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olub. 1945-ci ildə -17 yaşı olanda İkinci Dünya Müharibəsi qurtarandan sonra almanlara qarşı vuruşan azərbaycanlı bir əsgərlə – Şəmməd Şirməmmədovla ailə qurur və onunla birlikdə “dünyanın ən gözəl və azad ölkəsinə” – SSRİ-yə yaşamağa gəlir. 

İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olub. 1945-ci ildə -17 yaşı olanda İkinci Dünya Müharibəsi qurtarandan sonra almanlara qarşı vuruşan azərbaycanlı bir əsgərlə – Şəmməd Şirməmmədovla ailə qurur və onunla birlikdə “dünyanın ən gözəl və azad ölkəsinə” – SSRİ-yə yaşamağa gəlir.

2. Fransada – İmişliyə

O, 1945-ci ildənAzərbaycanda – İmişli rayonunun Murquzallı kəndində yaşayır.

3. Ölkədən çıxmağı mümkün olmur.

Sevimli əri Şəmmədin erkən ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir. 

4. Manelər bitib-tükənmir..

1991-ci ildə – yetmiş dörd il hökmran olan kommunist rejimi dağılandan sonra düşdüyü “hörümçək toru”ndan çıxdığına sevinən İvon ümidlə yenidən öz vətəninə qayıtmağa can atır. Lakin bu dəfə ona öz doğma ölkəsinin dövlət məmurları və Fransa “demokratiyasının bürokratiyası” mane olur…

5. 2011-ci ildə bitən həsrət.

Hal-hazırda İmişlidə yaşayan İvon Botto öz vətəninə ancaq 2011-ci ildə – altmış altı illik ayrılıqdan sonra qayıda bilir. İvon Botto Avropa Azərbaycan Cəmiyyətinin köməkliyi ilə ölkəsinə qayıdır.

6. Yerli və Fransa mətbuatının ulduzu

Fransada əsl ulduz kimi qarşılanan bu qadının qəribə və keşməkeşli taleyi həm yerli, həm də Fransa mediasında geniş şəkildə şərh olunur.

2011-ci ildə ATV kanalı tərəfindən çəkilən “Fransız qadının gündəliyi” adlı televiziya filmi İvon Bottoya həsr olunub.

8. Azərbaycanda da onun həyatı haqqında kitab nəşr olunub.

TEAS Press Nəşriyyat Evi  İvon Buttonun həyatı haqda kitab nəşr etdirib.  Şain Sinarianın yazdığı “İvon Bottonun arzuladığı həyat” kitabında onun haqqında daha çox məlumat əldə edə bilərsiniz.